15:43 / 27-10-2026
Kreml: Putin, Stubb və Störe Vitkoffla görüşlərini müzakirə etdilər
15:36 / 27-10-2026
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
15:19 / 27-10-2026
Hollandiya genişmiqyaslı hərbi münaqişəyə hazırlıq çağırışı edib
15:16 / 27-10-2026
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
15:13 / 27-10-2026
Bir sürücü təqibə rəhbərlik edərək polis əməkdaşlarına avtomatik silahla atəş açmaqla hədələyib
15:09 / 27-10-2026
Danimarka Stubb və Störenin Putinə zənglərini Avropa müttəfiqləri ilə əlaqələndirmədiyini bildirdi
09:16 / 27-10-2026
Fransa Senatları Korsikaya muxtariyyət statusu verilməsindən imtina etdi
09:13 / 27-10-2026
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
09:10 / 27-10-2026
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
09:07 / 27-10-2026
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
09:04 / 27-10-2026
Yapon milyarderin oğlu sirli şəraitdə öldü
23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
20:56 / 26-10-2026
Britaniyalılar hökumətin müharibə elanlarından sonra radio və fənər alırlar
20:54 / 26-10-2026
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
20:50 / 26-10-2026
16 mindən çox müştəri elektriksiz qalıb
20:48 / 26-10-2026
Karpin Rusiya Milli Komandasının noyabr oyunları üçün Batrakov və Safonovu çağırıb
09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
Bu qızlardan gələn zəngləri açmayın!
Tarix: 10-09-2021 11:17 | Bölmə: Digər
Ötən gün YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Rasim Göyüşovun virtual intim görüntüləri yayılıb. Bu xoşagəlməz məsələ gündəmə gəldikdən sonra aydın olub ki, sosial şəbəkə istifadəçiləri arasında eyni üsulla “tora salınan” başqa şəxslər də var.
“Qafqazinfo” xəbər verir ki, artıq bu tələyə düşən insanların sayı çoxaldığı üçün, həmin şəxslərin iş mexanizmi də müəyyənləşib.
Belə ki, şantajçılar sosial şəbəkə hesabına cəlbedici və açıq-saçıq gənc qız fotolarını qoymaqla əvvəlcədən seçdikləri kişilərə dostluq göndərirlər. Öncədən telefonda ekrangörüntüsünü videoya çəkən proqramı aktivləşdirdikdən sonra, həmin şəxslərə görüntülü zəng edirlər. Zəngə cavab verilən andan proqram aktivləşir və erotik hərəkətlər edən “qadın” qarşı tərəfin diqqətini cəlb etməyə və onu mümkün qədər daha uzun müddətdə videozəngdə saxlamağa çalışır.
Zəng edilən kişinin erotik hərəkətlər edən gənc qıza reaksiya verib-verməməsindən asılı olmayaraq, zəngin əvvəlindəki bir neçə saniyə həmin şəxslərin artıq “tora düşməsi” üçün bəs edir. Çünki qarşılaşdığı görüntünü anlamağa çalışan, yaxud elə buna maraq göstərən şəxs bir neçə saniyə də olsa, videoya baxmağa məcbur olur. Əgər zəng edilən kişi həmin gənc qıza maraq göstərib daha da irəli gedərsə, onun sonrakı taleyi sosial şəbəkələrdə, xəbər saytlarında manşet olur.
Amma burada maraq göstərməmək də kişiləri xilas etmir. Çünki videozəngi qəbul etdikdən sonra çəkilən bir neçə saniyə də həmin şəxsi şantaj etməyə bəs edir. Daha sonra saxta hesab arxasında olan şəxslər zəng etdikləri kişinin qeydə alınan videosunu özünə göndərib yayacaqları ilə hədələyib böyük məbləğlərdə pullar tələb edirlər. Artıq bu günədək bir neçə tanınmış şəxsin bu formada videosu sosial şəbəkələrdə yayılıb. Onlardan biri Naxçıvanda tanınmış bir dindar, digəri YAP-ın sabiq təşkilat sədri Rasim Göyüşov, daha biri isə Gürcüstanın azərbaycanlı deputatı Ruslan Hacıyevdir.
Bu tip tələlərdən qorunmaq üçün sosial şəbəkələrdə şəxsən tanımadığınız, hesabında kifayət qədər məlumat olmayan, öz şəxsi və ictimai həyatı ilə bağlı mütəmadi paylaşımlar etməyən, ortaq dostlarınızın az olduğu, yayımladığı şəkillərin axtarış sistemlərində tapması ilə bağlı şübhələr olan profillərdən gələn dostluq istəklərini qəbul etməyin. Daha da önəmlisi, şəxsən tanımadığınız şəxslərdən gələn videozənglərə cavab verməyin.
Sosial şəbəkənin qlobal bir platforma olduğunu və burada IP adresi, olduğun yeri gizlətmək üçün kifayət qədər imkanların olduğunu nəzərə alaraq, bu oyunu oynayan şəxsin də hüquq-mühafizə orqanları tərəfindən tapılmasının çətin olduğunu bilmək lazımdır. Bu mexanizmdə əsas məsələ həmin “tora düşməmək”dir.
Baxış sayı: 458
Bölməyə aid digər xəbərlər