12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
MMA döyüşçümüz ABŞ-da qələbə qazandı - Fotolar+Video
Tarix: 07-09-2021 22:28 | Bölmə: Digər

                    MMA döyüşçümüz ABŞ-da qələbə qazandı



ABŞ-da yaşayan həmyerlimiz Hüseyn Əliyev MMA döyüş növündə növbəti döyüşünə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının rəhbəri Azad Əsgərov məlumat verib.
Məlumata görə, Əliyev UFC-yə vəsiqə qazanmaq uğrunda Hyustonda keçirdiyi döyüşdə Qraves Kamaronla qarşılaşıb.
Hüseyn rəqibini ottaqona çıxmağa peşman edib. Belə ki, xeyli sayda azərbaycanlının da izlədiyi mübarizədə idmançımız böyük hesablı qələbəyə sevinib – 3:0.
Hazırda Hüseynin hesabında 17 döyüş var. 12 qələbə qazanan Əliyev, 4 dəfə məğlub olub, 1 halda heç-heçəyə razılaşıb.
Xatırladaq ki, Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının rəhbəri Azad Əsgərov, 1-ci vitse- prezidenti Tural Mirzəyevdir.

               









Baxış sayı: 445


Bölməyə aid digər xəbərlər