Bütün xəbərlər
MİNİ-FUTBOL ÜZRƏ ŞƏHƏR BİRİNCİLİYİNƏ YEKUN VURULDU
Tarix: 01-09-2021 01:44 | Bölmə: Digər


27 - 31 avqust 2021-ci il tarixlərində “Kapitalbank” Arenada Sumqayıt şəhər Gənclər və İdnman Baş İdarəsinin təşkilatçılığı ilə “Sumqayıt Gəncləri Narkomaniyaya yox deyir” devizi altında 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilmişdir. Yarışda şəhərin idman məktəb, cəmiyyət və klublarının altı komandası qalib adı uğrunda mübarizə aparmışlar.
Maraqlı idman mübarizəsi şəraitində keçirilən yarışda “Sumaqyıt“ Futbol Klubunun komandası birinci, İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq - Gənclər İdman Məktəbinin komandası ikinci, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq - Gənclər İdman - Şahmat Məktəbinin komandası isə üçüncü yeri tutmuşlar.
Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələri ilə təltif olunmuşdur.

Sabaha-inamla.az







Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər