12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
17 yaşlı qıza təcavüz edən futbolçu həbs olundu
Tarix: 31-08-2021 01:23 | Bölmə: Digər


Yunanıstanın "Olimpiakos" klubunun müdafiəçisi Ruben Semedu həbs olunub. 
Fanat.Az "Sport24.gr"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu 17 yaşlı qıza təcavüz etməkdə ittiham olunur. 
Ötən gün gənc xanım polisə müraciət edərək Oroposda barda tanış olduğu Semedu tərəfindən təcavüzə uğradığını bildirib. 
Şikayətə görə, 27 yaşlı oyunçu spirtli içki içirdikdən sonra Qlifadedə yerləşən evinə apardığı qıza meneceri ilə birgə təcavüz edib. Hazirda futbolçu polis nəzarətindədir. 
Qeyd edək ki, Ruben Semedu 2019-cu ildən  "Olimpiakos"da çıxış edir. 



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər