Bütün xəbərlər
Paralimpiyaçilar Tokio 2020 Yay Oyunlarında tarix yazdılar-2 qızıl və 2 bürünc medal Sumqayıt idmançıları tərəfindən qazanılmışdır
Tarix: 30-08-2021 20:22 | Bölmə: Digər


Tokio 2020 Yay Paralimpiya Oyunlarında qayıdan bir qrup idmançılar Vətənə dönüblər.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların təntənəli qarşılanma mərasimində, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Milli Paralimpiya Komitəsinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, qaliblərin doğmaları, yaxınları iştirak etmiş onları gül-çiçək dəstələri və musiqi ilə qarşılamışlar.
XVI Paralimpiya Oyunlarda cüdo üzrə yarışlarda ümumilikdə 7 qızıl və 2 bürünc medal qazanaraq paracüdoçularımız ümumkomanda hesabında birinci yerə layiq görülmüşlər. Bu medallardan 2 qızıl və 2 bürünc medal Sumqayıt idmançıları tərəfindən qazanılmışdır. Belə ki, Şəhanə Hacıyeva və Vüqar Şirinli qızıl, İlham Zəkiyev və Namiq Abbasov bürünc medal sahibləridir.

Sabaha-inamla.az




Baxış sayı: 279


Bölməyə aid digər xəbərlər