Bütün xəbərlər
Əfsanəvi futbolçu vəfat etdi
Tarix: 16-08-2021 01:09 | Bölmə: Digər

                  Əfsanəvi futbolçu vəfat etdi


Almaniya millisinin və “Bavariya”nın sabiq hücumçusu, futbol tarixinin ən yaxşı bombardilərindən olan Herd Müller vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 76 yaşında dünyasını dəyişən əfsanəvi futbolçunun ölüm səbəbi açıqlanmır. 
Qeyd edək ki, Müller karyerası ərzində 580 oyunda 523 qol, 104 məhsuldar ötürmə müəllifi olmuşdu. O, üç dəfə Avropa kubokunun qalibi olub. Futbolçu 1964-1979-cu illərdə “Bavariya”da çıxış edib, eləcə də Almaniya millisinin uğurları üçün çalışıb.


Baxış sayı: 264


Bölməyə aid digər xəbərlər