Bütün xəbərlər
Nicat Şıxəlizadə karyerasını başa vurdu
Tarix: 12-08-2021 21:03 | Bölmə: Digər

                      Nicat Şıxəlizadə karyerasını başa vurdu


Bu gün Bakı Olimpiya Stadionunda yerləşən Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalında yeni təyin olunmuş məşqçilər heyəti kişilərdən ibarət milli komandanın üzvlərinə təqdim edilib. 
"Qafqazinfo" xəbər verir ki, milli komandamızın yeni baş məşqçisi Mövlud Mirəliyev göstərilən etimada görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib və onlara bəslənən ümidi doğrultmaq üçün var gücləri ilə çalışacaqlarını söyləyib.
Təcrübəli cüdoçumuz, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlizadə peşəkar idmançı karyerasını başa vurduğuna görə, milli komandaya yeni kapitan seçilib.
Avropa çempionu, iki dəfə dünya çempionatının gümüş medalçısı və Rio Olimpiadasının mükafatçısı Rüstəm Orucov bundan sonra kişilərdən ibarət milli komandanın kapitanı olacaq.


Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər