12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Cüdoçumuzdan bürünc medal
Tarix: 09-08-2021 02:58 | Bölmə: Digər

                        Cüdoçumuzdan bürünc medal


Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov növbəti mükafatını qazanıb.
"Qafqazinfo" xəbər verir ki, idmançı Rusiyanın Orenburq şəhərində təşkil olunan Avropa kubokunda fərqlənib. 
+100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk mərhələdə Arman Kaliyevə (Qazaxıstan) qalib gəlsə də, ardınca Nodar Baqayevə (Rusiya) uduzub. Təsəlliverici görüşlərə qatılan Yusifov Anatoli Şoxtin (Rusiya) üzərində qələbə qazanıb. Bürünc medal uğrunda qarşılaşmada Sergey Venikovu (Rusiya) da məğlub edən İmran Avropa kubokunun mükafatçısı olub. 
Fəxri kürsüyə qalxan idmançımız yarışda bürünc medala yiyələnib.


Baxış sayı: 291


Bölməyə aid digər xəbərlər