Bütün xəbərlər
Messi “Barselona” ilə ağlayaraq vidalaşdı - Fotolar+Video
Tarix: 08-08-2021 15:16 | Bölmə: Digər

                   Messi “Barselona” ilə ağlayaraq vidalaşdı



Əfsanəvi futbolçu Lionel Messi “Camp Nou”da mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, “Barselona” ilə müqaviləsi başa çatan futbolçu brifinqdə göz yaşlarını saxlaya bilməyib.
“Uzun illərdir - 13 yaşımdan bəri buradayam. 21 ildən sonra ayrılacağam. Hər şeyə, komanda yoldaşlarıma və bir çox insana minnətdaram. Gəldiyim gündən bu klub üçün hər şeyi etdim.
Bu şəkildə vidalaşmağı heç ağlıma belə gətirməzdim. Və azarkeşlərlə vidalaşmadan… Bir il yarım azarkeşləri görmədim, indi isə klubdan ayrılıram.
Təəssüf ki, belə oldu. Azarkeşlərin sevgisinə görə minnətdaram.
Müqaviləm başa çatdı. Qalmaq istədim. Haqqımda çox şey söyləndi, amma qalmaq istədiyim üçün əlimdən gələni etdim. “Barselona” La Liqa səbəbindən bunu edə bilmədi. Müqaviləmi 50 faiz azaltmağı təklif etdim”, - o duyğularını dilə gətirib.
                           









Baxış sayı: 323


Bölməyə aid digər xəbərlər