Bütün xəbərlər
Azərbaycan sumoçuları Polşada keçirilən Avropa birinciliyində beş medal qazanıblar
Tarix: 26-07-2021 03:01 | Bölmə: Digər


Azərbaycan sumoçuları Polşanın Siedlce şəhərində keçirilən kadetlər və yeniyetmələr arasında Avropa birinciliyində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi kadetlər arasında təmsil edən Sabir Qarayev bütün rəqiblərini qabaqlayaraq qızıl medalı qazanıb. S.Qarayev yeniyetmələrin yarışında isə gümüş medala sahib olub.
Digər idmançımız Nuhan Müzəffərov da finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Alim Balaşlı və Tamerlan Bağırov isə bürünc medal qazanıb.
Komandamız yarışda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparıb.



Baxış sayı: 293


Bölməyə aid digər xəbərlər