Bütün xəbərlər
“Kabus” ləqəbli azərbaycanlı oğru SAXLANILDI
Tarix: 25-07-2021 21:22 | Bölmə: Digər

                    “Kabus” ləqəbli azərbaycanlı oğruSAXLANILDI


Ukraynanın paytaxtı Kiyevdə “kabus” ləqəbli uzun zamandır axtarılan Azərbaycan vətəndaşı oğru saxlanılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Bakı şəhər, Səbael rayonunda qeydiyyatda olan, 1967-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu ötən gün saxlanılıb.
Onu paytaxtın Peçerskiy rayon polisi xüsusi əməliyyat nəticəsində tutub.
“Kabus” adlandırılan azərbaycanlı oğru uzun zamandır müxtəlif statuslu ailələrin evlərinə girib qarətlər edib.
Ötən günə qədər müxtəlif səylərə baxmayaraq, onu yaxalamaq mümkün olmayıb.
Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.


Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər