12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Sumqayıtda “Motivasiya nədir?” mövzusunda təlim keçirildi
Tarix: 15-07-2021 03:09 | Bölmə: Digər


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Könüllü Cəmiyyətinin birgə təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq beynəlxalq təlimçi, "Biz və Sosial Servislər!" kitabının naşiri Ramil Süleymanov tərəfindən “Motivasiya nədir? mövzusunda gənclər üçün təlim keçirilib.
Təlimin məqsədi Azərbaycan Gəncləri 2017-2021-ci il dövlət proqramından irəli gələn vəzifələrin icrası, motivasiya nədir, xarici vә daxili motivasiya arasında fәrq, motivasiya nәzәriyyәlәri və tәcrübәlәri, zәif göstәricilәrә sәbәb olan demotivasiya faktları ilә tanış olmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
R.Süleymanov iştirakçılara hәdәflәrә çatmaq vә yüksәk nәticәlәr әldә etmәk üçün motivasiyanın vacibliyi və ondan istifadə qaydaları haqqında ətraflı məlumatlar vermiş həmçinin qrup çalışmaları təşkil etmişdir. Təlimdə maraqlı müzakirələr aparılmış, gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmış və sonda aktiv gənclərə sertifikatlar təqdim edilmişdir.


Sabaha-inamla.az






Baxış sayı: 364


Bölməyə aid digər xəbərlər