Bütün xəbərlər
Azərbaycanın Milli qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı Şəkibə Mustafayevanın Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya müraciəti
Tarix: 11-02-2018 19:27 | Bölmə: Cəmiyyət

Az
ərbaycan Respublikasının  I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
Binəqədi rayonu Pirşağı qəsəbəsi ETK-2-nin ponisionatında məskunlaşan məcburi köçkün, Xocalı şəhər sakini, milli münaqişə zəminində 2-ci qrup əlil, Azərbaycanın Milli qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı  Mustafayeva Şəkibə Bəhraim qızı tərəfindən
                                  Müraciət  
 Nəzərinizə çatdırıram ki, 3 yaşlı nəvəm Zamanova Aliyə İsa qızının böyrəyində(böyrək keçməzliyi) problem var. 2017-ci ildə həkimlərin məsləhəti əsasında onun böyrəyinə iki stend qoyulub.Bu müalicə-proses üçün  bu günə qədər 14 min manat pul xərclənib. Həkimlər məsləhət görürlər ki, virusların bədənindən çıxması üçün uşaq indən belə 4 il müalicə almalıdır. Yoxsa səhhətində daha ciddi problemlər yarana bilər. Dioqnastika Mərkəzi tərəfindən verilən  Çıxarış Epikriz-də bunu göstərir. Bu müalicənin həyata keçirilməsi üçün müəyyən məbləğdə pul vəsaiti lazımdır. Sizdən xahiş edirik ki, bu işdə bizə köməklik göstərəsiniz.
Hörmətlə: Mustafayeva Ş.B.
 (Tel: 051-718-06-97)



Baxış sayı: 882


Bölməyə aid digər xəbərlər