23:33 / 20-10-2026
Rusiyalı karate hakimi Polşa polisi tərəfindən saxlanılıb
17:55 / 20-10-2026
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
17:46 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi: ABŞ-ın Raul Kastro üçün həbs orderinin verilməsi qəti şəkildə pislənilir
17:39 / 20-10-2026
Ekspert Parisdəki etirazçıların Ukraynadan silah aldığına əmindir
17:37 / 20-10-2026
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçmiş rəhbəri rüşvətxorluğa görə həbs edilib
17:34 / 20-10-2026
Fransanın böhranın öhdəsindən gəlmək üçün Səudiyyə Ərəbistanından kifayət qədər dizel yanacağı olmayacaq
17:28 / 20-10-2026
İran Hava Hücumundan Müdafiə Qüvvələri Hörmüz boğazı üzərində Amerika "MQ-9" PUA-sını məhv etdi
17:23 / 20-10-2026
Təhlükəsizlik Şurası bildirib ki, Rusiya ərazi müdafiəsi məsələsində Omana kömək etməyə hazırdır
17:17 / 20-10-2026
Rubio Trampın Putin və Si Cinpinlə niyə görüşməli olduğunu izah etdi
17:13 / 20-10-2026
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
13:08 / 20-10-2026
“Qardaşım bu günümü görsəydi, mənimlə fəxr edərdi” - Video
12:25 / 20-10-2026
Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırıb
12:22 / 20-10-2026
Qətər Xarici İşlər Nazirliyi bildirib ki, dünya üçüncü dünya müharibəsi ilə üzləşə bilər
12:18 / 20-10-2026
Tələbə cinayətkarların əmri ilə avtomobili yandırıb və saxlanılıb
12:15 / 20-10-2026
Kaşpirovskinin oğluna qarşı 340.000 dollarlıq Kaliforniya evi üçün məhkəmə iddiası qaldırılır
12:12 / 20-10-2026
Finlandiya Prezidenti Aleksandr Stubb Osloda Zelenski ilə görüşəcək
12:09 / 20-10-2026
Knaysl Fransadakı etirazların səbəbini yerli əhalinin çarəsizliyindən görüb
12:03 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreyanın münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalarını qeydə alır
12:00 / 20-10-2026
Medvedev ABŞ Konqres seçkiləri öncəsi Trampın cəsarətini təriflədi
11:57 / 20-10-2026
"Lokomotiv"in keçmiş futbolçusu Qarin 60 yaşında vəfat edib
11:54 / 20-10-2026
Rele şkafını yandırmaqda ittiham olunan üç yeniyetmə saxlanılıb
11:51 / 20-10-2026
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
11:47 / 20-10-2026
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19:21 / 19-10-2026
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19:12 / 19-10-2026
Sürücü yol hərəkəti kamerasına ədəbsiz jest etdiyinə görə üç gün müddətinə həbs edilib
19:07 / 19-10-2026
Lavrov Fars körfəzində gərginliyin azaldılması məsələsini Əraqçi ilə müzakirə etmək üçün İrana gəlib
19:03 / 19-10-2026
NATO Rusiya ordusunu təhlükəli və bacarıqlı elan etdi
18:59 / 19-10-2026
Fransadakı etirazlardan dəyən ziyan 1,5 milyard avronu keçib
18:56 / 19-10-2026
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18:52 / 19-10-2026
Ankara Moskva və Kiyevin Qara dənizdə hərbi əməliyyatları dayandırmasını təklif etdi
18:49 / 19-10-2026
Politoloq Makronun taleyini proqnozlaşdırıb
18:46 / 19-10-2026
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
18:41 / 19-10-2026
Ayı hücumunda yaralanan oğlan neyrocərrahiyyə şöbəsinə köçürülüb
18:38 / 19-10-2026
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
18:36 / 19-10-2026
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18:33 / 19-10-2026
Rubio xəbər verir ki, ABŞ şirkətləri Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hücumlarından şikayətlənirlər
18:30 / 19-10-2026
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
Jurnalist Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə xidmət edən ərənlərlə görüşüb
Tarix: 25-07-2019 15:06 | Bölmə: Cəmiyyət

22 iyul - Milli mətbuat i günü münasibətilə bir qrup vətənpərvər ziyalı Füzuli rayonuna səfər etmişdir. “Xocalı Soyqırımını Tanıtma” İctimi birliyi və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov İnkişaf fondunun birgə təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar düşmən tapdağından azad edilən və hazırda böyük quruculuq işləri aparılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olmuş, Dövlət Başçısının tapşırığı əsasında tikilmiş evləri və Şuşa Məscidini ziyarət etmişlər.
Qonaqlar cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşən, 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalan və Qarabağ müharibəsi dövründə ağır döyüşlərdən böyük ziyan çəkən, bu gün respublikamızın məcburi köçkün rayonları arasında abadlaşdırma prosesində birinci yeri tutan Horadiz şəhərinə də baş çəkmişlər. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına həlak olan şəhidlərimiz üçün yaradılmış “Aprel şəhidləri” abidəsi ziyarət olunaraq üzərinə gül dəstəsi qoyulmuş, xatirələri hörmət və ehtiramla yad edilmişdir. Sonra ziyarətçilər Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilən 14 aylıq körpə Zəhra Quliyevanın məzarını ziyarət edib, ailəsi ilə gürüşüb, ruhuna İxlas və Fatihə surələrini oxuyaraq yad ediblər.
Daha sonra cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2017-ci ildə inşa edilmiş Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd Məscidini ziyarət edib, ön cəbhədə həm cəbhə xəttini , həm də İranla olan dövlət sərhəddini qoruyan əsgərlərlə birlikdə nahar fasiləsinə qatılmışlar. Nahar fasiləsindən sonra ön cəhbədə xidmət edən zabit, gizir və əsgərlərlə görüş keçirilmişdir. Görüşdə “Xocalı Soyqırımını Tanıtma” İctimi birliyinin sədri, Vətən müharibəsi veteranı Şamil Sabiroğlu, Birlik sədrinin müavini xanım Dilbər Sultanova, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, "Həyat" Humanitar Təşkilatının layihə rəhbəri, ictimai xadim, sosioloq xanım Zəminə Səfərova, ziyalılardan Arzu Əliyeva, gənc xeyriyyəçi İlkin Abbasov, BMT-nin İdman üzrə KoordinatoruTural Hüseynov, Beyləqan rayon sakini, şair-publisist Bəhrəm Fərmanzadə, ehtiyatda olan zabit , Norveçdə yaşayan soydaşımız Svetlana Allahverdiyeva, II dərəcəli müharibə əlili Hacı Zahid Qarayev , "Xebertv.az" saytının baş redaktoru ,müharibə veteranı və əlili Əvəz Bəşiroğlu, rəssam xanım Ülkər Əbülfət, stomotoloq Əli Mirzalıyev, və digərləri döyüş bölgələri, müharibə illəri , atəşkəsə qədər müharibənin xalqımıza yaratdiğı çətin vəziyyətindən öz xatirələrini bölüşmüş və ön cəbhədə ayıq-sayıq dayanan əsgərlərimizə -bölük komandiri leytenant Siraclı Ramil, əsgərlər Ələkbərov Səbuhi, Ələkbərov Əli və Əliyev Mikayıla saat hədiyyə olunaraq vətəni qorumağın necə şərəfli bir hiss olduğundan danışmışlar.
Səfər “Mətbuat İşçiləri və Jurnalistika günü” ilə əlaqədar Horadiz şəhərindəki "Muğam Mərkəzi"ndə əsgərlər və rayonun digər yerli idarəetmə qrumlarında çalışan nümayəndələri üçün təşkil olunan musiqili tədbirlə yekunlaşdırılıb.
Tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, istedadlı müğənni və aparıcı İslam Ələsgərli açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi 1 dəq.sükutla yad olundu. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri , “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)“ yubiley medalının mükafatşısı, müharibə veteranı, jurnalist Samil Sabiroğlu və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, 2-ci dərəcəli müharibə veteranı Ədalət Məhərrəmov səfər haqqında öz təəssüratlarını bölüşdü, mətbuat işçilərinə göstərilən qayğıya görə ölkə Başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevə və cəbhə bölgəsinə səfər etməyə icazə verdiyinə görə Respublikanın Müdafiə naziri, General-polkovnik Zakir Həsənova öz minnətdarlıqarını bildirmişlər. “Həyat Beynəlxalq humanitar təşkilatının “ layihə rəhbəri, sosioloq Zəminə Səfərova çıxışlara əlavə edərək, əslən Füzuli rayonundan olduğu üçün bu gün rayonda istər hərbi, istər rayonun abadlıq vəziyyəti, istərsə də xalqın rifahının bu cür yaxşıya doğru dəyişməsinin ona verdiyi fəxarət hissindən söhbət açdı. Digər çıxışçılar - Respublikanın qabaqcıl təhsil işçisi, Bakıdakı 269 nömrəli tam orta məktəbin müəllimi Firduz Əhmədov, “Xocalı Soyqırımı Tanıtma” birliyinin və “Yeni yurd” Sosial İnkişaf" ictimai birliyinin sədr müavini Dilbər Sultanova , Füzuli rayonunun sabiq baş həkimi, ehtiyatda olan tibb xidməti mayoru, Respublikanın Əməkdar həkimi Əhəd Məmmədov və digər ziyalılar ön cəbhədə döyüşən hərbçilərimizə, arxa cəbhədə mübarizə aparan qələm əhli olan bütün mətbuat işçilərinə öz hörmətlərini ifadə etmişlər. Kiçik oğlu Müseyibin əsgərlərə məktubunu oxuyan Beyləqan rayonundakı şəhid Sirac Mehdiyev adına Yuxarı Aran kənd orta məktəbinin müəllimi Sahilə Fərmanova zalda əyləşən tədbir iştirakşılarını kövrəltmişdir. Azərbaycan Ressamlar İttifaqının üzvü , vətənpərvərlik mövzusunda həm ölkə daxilində həm beynəlxaq səviyyədə dəfələrlə rəsm müsabiqələrinin qalibi rəssam Ülkər Əbülfət Lələ təpə döyüşlərində xüsusi xidməti olmuş general-mayor Mais Bərxudarovun nümayəndəsinə vətənpərvərlik mövzusunda çəkdiyi rəsm əsərini hədiyyə etmişdir. Tədbirdə iştirak edən əsgərlərdən Paşayev Kamil, Cəfərov Ehtiram, Ağayev İlkin, Paşayev Emil və Xəlilov Süleymana qonaqlar tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Sonda səfər iştirakçılarına və təşkilatçılara Hərbi hissənin rəhbərliyi adından Xüsusi diplomlar verilib. Tədbir konsert proqramı ilə davam etdirilib.
Türkanə Səfərova,
Gilə Əli qızı,
Aygün Kazımova
“Xocalı Soyqırımı Tanıtma” ictimai birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları
Fotolar: Vətən müharibəsi veteranı Əvəz Bəşiroğlu və Nizami Süleymanova məxsusdur
Horadiz şəhəri, 22.07.2019

Baxış sayı: 2 437
Bölməyə aid digər xəbərlər

19-10-2026, 19:21
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19-10-2026, 18:46
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
19-10-2026, 18:38
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
19-10-2026, 18:02
Tibb bacısının qətli işində təqsirləndirilən şəxs cinayəti etiraf edib
19-10-2026, 17:54
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
18-10-2026, 21:35
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
18-10-2026, 19:03
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
18-10-2026, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18-10-2026, 18:41
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib