Bütün xəbərlər
YAP Pirallahı rayon təşkilatı növbəti yaşıllaşdırma aksiyasını həyata keçirib
Tarix: 29-01-2018 17:59 | Bölmə: Cəmiyyət
YAP Pirallahı rayon təşkilatı «700 min ağac əkək» kampaniyası çərçivəsində növbəti yaşıllaşdırma aksiyasını həyata keçirib. "700 min ağac əkək" kampaniyası çərçivəsində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən ağacəkmə aksiyasında təşkilatın fəal gəncləri iştirak ediblər. Aksiyada 200-dən çox şam və müxtəlif növ digər ağac və kollar əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
700 mindən artıq ağac əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.




Baxış sayı: 1 027


Bölməyə aid digər xəbərlər