Bütün xəbərlər
Bələdiyyə sədrləri barədə 100-ə yaxın protokol məhkəmələrə göndərilib
Tarix: 26-01-2018 20:00 | Bölmə: Cəmiyyət

                  

Ötən il qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 98 inzibati xəta haqqında protokollar məhkəmələrə göndərilib.
Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin 2017-ci ilin yekunları barədə keçirdiyi iclasda qeyd edilib.
Bildirilib ki, həmin protokolların əksəriyyəti barədə artıq işlərə baxılaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Həmçinin qeyd edilib ki, yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 2017-ci ildə 62.600 bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 1.454 akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2.640 hektar torpaq sahəsi geri qaytarılıb.



Baxış sayı: 799


Bölməyə aid digər xəbərlər