Bütün xəbərlər
Şahbuzda humanitar tibbi aksiya keçirilib
Tarix: 13-01-2018 20:49 | Bölmə: Cəmiyyət


Bu gün Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri Şahbuz Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya keçiriblər.
Naxcivantv.az xəbər verir ki, aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanıb və xəstəxanaya dəvət olunublar. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadasının üzvləri 57 nəfəri ambulator müayinələrdən keçirərək müvafiq tövsiyyələr veriblər. Cərrahi müdaxiləyə ehtiyacı olanlardan 31 nəfəri üzərində müxtəlif cərrahi əməliyyatlar aparılıb.
Müayinə və əməliyatların həyata keçirilməsində həkim cərrahlardan Məhərrəm Tarverdiyev, Səfər Qədimov, Valid Kazımov, Həbib Məmmədov, uroloq Anar İbrahimov, anestezioloqlardan Bəxtiyar Hüseynov, Elsevər Ağəliyevlə yanaşı yerli həkim və orta tibb işçiləri də iştirak ediblər. Xəstələr üzərində aparılan əməliyyatlar uğurla başa çatdırılıb, onlar bir günlük müşahidədən sonra evlərinə buraxılacaqlar. Keçirilən bu humanitar tibbi aksiyanı aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrasıdır.
Qeyd edək ki, belə aksiyaların digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulu


Baxış sayı: 842


Bölməyə aid digər xəbərlər