Bütün xəbərlər
Daha bir azərbaycanlı ifaçı mahnıya görə həbs edildi
Tarix: 14-04-2019 00:38 | Bölmə: Cəmiyyət



Sosial şəbəkələrdə “Ruzigar“ ləqəbi ilə tanınan reper Aydın Hüseynovhəbs olunub.
Axşam.az-ın məlumatına görə, buna səbəb onun “Mal mal” adlı mahnısıdır.
“Ruzigar“ Sumqayıt Şəhəri Baş Polis İdarəsi tərəfindən ötən gün həbs edilib.
Reperə ifa etdiyi mahnının narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası veriblər. Bu barədə məlumatı ifaçının prodüseri də təsdiqləyib.
Qeyd edək ki, bir müddət öncə “Kazbekə şey basım” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev 30 gün müddətinə həbs edilmişdi.



Baxış sayı: 612


Bölməyə aid digər xəbərlər