Bütün xəbərlər
Tovuzda yeznəsini benzinlə yandıran şəxsin məhkəməsi başlayıb
Tarix: 12-04-2019 19:49 | Bölmə: Cəmiyyət

                               

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda adamöldürməyə cəhd etməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Tovuz rayonunun Qovlar qəsəbəsində baş verib. Belə ki, V.Ələkbərov bacısının əri, 1981-ci il təvəllüdlü Elbrus Ələkbərovun üstünə benzin tökərək od vurub. Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata əsasən, hadisə E.Ələkbərovun ailəli olduğu halda, başqa qadınla münasibətinin ortaya çıxması faktına görə baş verib. 



Baxış sayı: 609


Bölməyə aid digər xəbərlər