Bütün xəbərlər
Prokuror Bakıda Türkiyə vətəndaşını öldürməyə cəhd edən şəxsə 13,5 il cəza istədi
Tarix: 05-04-2019 23:43 | Bölmə: Cəmiyyət

                       


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror E.Əliyevin 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.
İttihama görə, ötən il Bakının Nəsimi rayonunda 1994-cü il təvəllüdlü, Türkiyə vətəndaşı Altürk Mazlum Bülbül prospektində yerləşən restoranda azərbaycanlı dostu Elxan Əliyevə qonaqlıq verdikdən sonra onunla mübahisə edib.
Nəticədə E.Əliyev A.Mazlumu ürək nahiyəsindən bıçaqlayıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan E.Əliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.



Baxış sayı: 554


Bölməyə aid digər xəbərlər