Bütün xəbərlər
Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb
Tarix: 04-04-2019 01:13 | Bölmə: Cəmiyyət

                               


Bakı Apellyasiya Məhkəməsində İŞİD terror təşkilatının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin QuliyevAsim Baxışov və Teyfur Əliverdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, həmin şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 13 il, digər şəxslərin isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.



Baxış sayı: 545


Bölməyə aid digər xəbərlər