Bütün xəbərlər
Baş Nazirdən müğənniyə məktub: “Fanatınızam” - Fotolar
Tarix: 03-04-2019 17:45 | Bölmə: Cəmiyyət
Baş Nazirdən müğənniyə məktub: “Fanatınızam” - Fotolar


İrlandiyanın Baş Naziri Leo Varadkar məşhur müğənni Kyali Minoqa məktub göndərib.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, nazir ifaçı ilə Dublin konsertindən öncə görüşmək istəsə də, xəyalları puç olub.
Belə ki, Kaylinin boğazında yaranan problem konsertin baş tutmasına əngəl olub. Lakin səhnə çıxışını başqa vaxta ertələyən ifaçı Baş Nazirlə görüşə bilib. Onlar birlikdə restoranda oturub və içki içiblər.

“Extra.ie” saytı isə Varadkarın müğənniyə yazdığı məktubu ortaya çıxarıb. Rəsmi formata uyğun yazılan məktubda Baş Nazir müğənniyə olan heyranlığını dilə gətirib:
“Əziz, Kayli. Dublin konsertinizdən öncə sizə yazmaq istədim. Səbirsizliklə gözləyirəm. Ən böyük fanatınızam. Bildiyim qədərilə, “Merrion Otel”də qalırsınız, ora hökümət binasındakı ofisimin qarşısındakı küçədə yerləşir. Əgər istəsəniz, şəxsən “İrlandiyaya xoş gəlmisiniz” demək istəyərəm”.

Qeyd edək ki, onların birlikdə görüşündən sonra mediada nazirin restorana pul ödəmədiyi yazılıb. Lakin Varadkar iddiaları rədd edərək, əlində çekinin olduğunu söyləyib.
Onu da bildirək ki, Leo Varadkar homoseksualdır. O, ötən aylarda sevgilisi Mett Baretlə birgə ABŞ Prezidentinin köməkçisi Mayk Penslə LGBTİ haqları barədə görüş etmişdi.









Baxış sayı: 609


Bölməyə aid digər xəbərlər