Bütün xəbərlər
Müğənni Ağır Cinayətlər Məhkəməsində - İfadə verdi
Tarix: 03-04-2019 00:38 | Bölmə: Cəmiyyət

                           



 Bakıda dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə müğənni Abbas Bağırov ifadə verib.
O, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib. Hakimlərdən Orxan Mehrəliyevə köməklik göstərməsini xahiş edib.
Növbəti proses aprelin 9-da davam edəcək.
İttihama görə, Orxan Mirəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.
Həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat alıb.
Bundan başqa o, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.
Maman Nadirovdan isə 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.


Baxış sayı: 578


Bölməyə aid digər xəbərlər