Bütün xəbərlər
Bakıda 36 yaşlı kişi 85 yaşlı qonşusunu kəlbətinlə öldürdü
Tarix: 30-03-2019 19:37 | Bölmə: Cəmiyyət

                    Bakıda 36 yaşlı kişi 85 yaşlı qonşusunu kəlbətinlə öldürdü


Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Sakit Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Ölkə.Az" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsəd Abasovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib.
Məhkəmə-tibbi ekspertiza ölmüş şəxsin başına küt alətlə zərbə endirildiyini müəyyən edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, qətlə yetirilmiş şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb.
İstintaq zamanı məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb. 


Baxış sayı: 621


Bölməyə aid digər xəbərlər