Bütün xəbərlər
Nəvə nənəsini döyərək öldürüb
Tarix: 03-09-2025 11:03 | Bölmə: Cəmiyyət

Rusiya İstintaq Komitəsi Moskvanın cənub-qərbində qadının ölümündən sonra cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Stoliçnıy SK” Telegram kanalı məlumat yayıb. Bildirilir ki, hadisə 2025-ci il avqustun 29-da baş verib.İstintaqın məlumatına görə, İzyumskaya küçəsində yerləşən yaşayış binasındakı mənzildə nəvə qəfil şəxsi düşmənçilik zəminində 67 yaşlı nənəsini döyüb.
Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Şübhəli şəxs saxlanılıb. O, ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi) ittiham olunur.
İstintaqın vəsatəti əsasında məhkəmə həbs qətimkan tədbiri seçib. Məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib. İstintaq davam edir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
23-08-2025, 22:26 Yeniyetmələr saxlanılıb