19:13 / 29-12-2025
QIZIL ALMA
Bütün xəbərlər
Mübahisə zamanı anasını və kiçik qardaşını bıçaqlayıb
Tarix: 01-09-2025 20:12 | Bölmə: Cəmiyyət

Krımın Voykovo kəndində 27 yaşlı kişi münaqişə zamanı anasını və 23 yaşlı qardaşını öldürüb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krım və Sevastopol üzrə Baş İdarəsi məlumat yayıb.
Şübhəli şəxs barəsində cinayət işi açılıb.
Faciə avqustun 29-da baş verib. Fərdi evdə qohumlar arasında mübahisə düşüb, nəticədə böyük qardaş kiçik qardaşına və anasına bir neçə bıçaq zərbəsi vurub. Zərərçəkənlər aldıqları xəsarətlərdən yerindəcə keçiniblər.
"Şübhəli dərhal saxlanılıb", - məlumatda deyilir.
Hazırda həmin şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.



Baxış sayı: 1 188


Bölməyə aid digər xəbərlər