Bütün xəbərlər
Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumatlara münasibət bildirildi
Tarix: 27-03-2019 23:41 | Bölmə: Cəmiyyət

Bakının 138 saylı orta məktəbi bu təhsil müəssisəsində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Təhsil müəssisəsindən Trend-ə verilən məlumata görə, XI sinif şagirdi burada pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsindən məktəbdə siqaret çəkməməsini xahiş edib:
"Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib. Bu barədə məktəb rəhbərliyinə məlumat hüquq-mühafizə orqanından verilib".


Baxış sayı: 606


Bölməyə aid digər xəbərlər