Bütün xəbərlər
ATV-nin aparıcısının evi soyuldu: 37 minlik ziyan
Tarix: 25-03-2019 00:38 | Bölmə: Cəmiyyət

                    



ATV-nin "İdman Xəbərləri" verilişinin aparıcısı Vüsal Qurbanovun evindən oğurluq olub.
“ATV Xəbər”in məlumatına görə, hadisə martın 22-də baş verib.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul oğurlanıb.
Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb. Araşdırma davam edir.


Baxış sayı: 569


Bölməyə aid digər xəbərlər