Bütün xəbərlər
Qadınlara hücum edən yeniyetmə saxlanılıb
Tarix: 20-07-2025 21:36 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda qadını zorlamaqda və digərini zorlamağa cəhddə şübhəli bilinən azyaşlı saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Sankt-Peterburq üzrə İstintaq Komitəsinin Krasnoselski rayonu üzrə İstintaq İdarəsi faktla bağlı "Zorlamaya cəhd" və "Zorlama və zorakılıq xarakterli cinsi aktlar" maddələri ilə cinayət işi açıb.
İyulun 19-da alkoqoldan sərxoş vəziyyətdə olan yeniyetmə Krasnoye Seloda 59 yaşlı qadına hücum edib və onu zorlamağa cəhd edib, lakin çalan həyəcan siqnalından qorxub. Həmin gün o, 22 yaşlı qadına hücum edib. Şübhəli şəxs onun üzünə qaz balonunun içini səpdikdən sonra meşə zolağında zorakılıq hərəkətləri edib.
Hadisəni qonşu evin sakinləri görüb və hüquq-mühafizə orqanlarına zəng edib.
Saxlanılan şəxsə qarşı ittiham irəli sürülüb. İstintaq onun həbsinə dair vəsatət verəcək.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər