Bütün xəbərlər
Qazaxda bir gecədə üç nəfəri bıçaqladılar
Tarix: 20-03-2019 15:38 | Bölmə: Cəmiyyət



Qazax rayonunda bir gecədə üç nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Xanlıqlar kənd sakini, 1979-cu il təvəllüdlü Şərifov Rəşad Mədət oğlu, Orta Salahlı kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Orxan Abdulla oğlu kürək nahiyələrindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alıblar.
Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Ağköynək kənd sakini, 1988-ci il təvəllüdlü Eyubov Teymur Naib oğluisə səhər saat 05.00 radələrində qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan T. Eyubovun vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, hadisələr müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdə baş verib.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.  


Baxış sayı: 545


Bölməyə aid digər xəbərlər