Bütün xəbərlər
Cəlilabadda kütləvi dava zamanı ata və oğul xəsarət alıb
Tarix: 09-03-2019 23:54 | Bölmə: Cəmiyyət

                                 

Cəlilabad rayonunun Günəşli kəndində kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
"Report"un Muğan bürosu xəbər verir ki, hələlik məlum olmayan səbəblərdən tanışlar arasında yaranan mübahisə, sonradan davaya çevrilib.
Hadisə nəticəsində 3 nəfər kənd sakini - 1948-ci il təvəllüdlü Miriyev Mehmanağa Miri oğlu, onun oğlu 1991-ci il təvəllüdlü Miriyev Mirvahid Mehmanağa oğlu və 1982-ci il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 496


Bölməyə aid digər xəbərlər