Bütün xəbərlər
Bakıda xəncərlə hədələyərək pul alan şəxslərin ibtidai istintaqı başa çatıb
Tarix: 09-03-2019 17:29 | Bölmə: Cəmiyyət

                                        


Bakıda quldurluqda təqsirləndirilən Saleh Əliyev və Samir Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.
Daha sonra 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş S.Əliyev və Biləsuvar rayon sakini S.Muradov saxlanılıblar.


Baxış sayı: 521


Bölməyə aid digər xəbərlər