Bütün xəbərlər
Qızlara işgəncə verən dəstənin lideri həbs edilib
Tarix: 23-02-2025 15:24 | Bölmə: Cəmiyyət

Sverdlovsk vilayətində Kamensk-Uralsk şəhərinin Sinarski məhkəməsi avtomobil yuma məntəqəsində iki tələbə qıza sataşan qrupun ən böyüyü David Anaşkini həbs edib.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, URA.ru-nun məlumatına görə, o, ən azı bu il aprelin 4-dək istintaq təcridxanasında qalacaq.
İstintaq Anaşkinin həbsində israr edib. Müdafiə tərəfi onun barəsində yüngül həbs-qətimkan tədbiri seçilməsini istəyib. Anaşkinin dostları jurnalistlərə bildiriblər ki, xəsarət alan qızlar özləri Davidi təhqir ediblər...
Daha əvvəl Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi bildirmişdi ki, məhkəmə avtomobil yuma məntəqəsinin ərazisində iki qızı qaçıraraq onlara təcavüz edən Kamensk-Uralski şəhərinin üç sakininə qarşı ittiham irəli sürüb.
Sadistlər üç maddə ilə ittiham olunublar: “Xuliqanlıq”, “Oğurluq”, “Seksual hərəkətlərə məcbur etmə”. Onların üzləşdiyi maksimum cəza 12 il həbsdir.
Bundan əvvəl media hücum edənlərin fevralın 21-də, cinayətin törədilməsindən ay yarım sonra saxlanıldığını yazmışdı.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər