Bütün xəbərlər
Məhbusun ölümü ilə bağlı keçmiş polis sahə müvəkkili i həbs edilib
Tarix: 21-02-2025 20:56 | Bölmə: Cəmiyyət

Başqırdıstan məhkəmələrinin birləşmiş mətbuat xidməti xəbər verir ki, keçmiş rayon polis sahə müvəkkili Arkadi Zalilov Ufada həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həmin şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə işi üzrə təqsirləndirilir.
“Təqsirləndirilən şəxs və onun vəkili müstəntiqin vəsatətinin təmin edilməsinə etiraz edərək, daha yüngül həbs qətimkan tədbirinin seçilməsini xahiş ediblər”, - deyə, məlumatda bildirilir.
Məhkəmə materialları araşdıraraq keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşının barəsində həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.
İstintaq Komitəsinin regional qərargahından verilən məlumata görə, ötən ilin dekabrında rayon polis şöbəsinin əməkdaşı narkotik saxlamaqda şübhəli bilinən 25 yaşlı şəxsi saxlayıb və onun qarnına zərbələr endirib.
Zərərçəkmiş həbs zamanı dünyasını dəyişib, ekspertiza göstərdi ki, ölüm səbəbi qarın travması olub.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər