Bütün xəbərlər
Yeniyetmələr azyaşlıya təcavüz ediblər
Tarix: 05-02-2025 10:37 | Bölmə: Cəmiyyət

Tuva Respublikasında bir qrup azyaşlı 14 yaşından kiçik qızı zorlamaqda şübhəli bilinir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, faktla bağlı cinayət işi açılıb.
Hadisə yanvarın 3-nə keçən gecə Barun-Xemçik rayonunun Qızıl-Majalıq kəndində baş verib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Hazırda zərərçəkmiş və şübhəli şəxslərin şəxsiyyətləri müəyyən edilib. Müstəntiqlər hadisənin bütün səbəblərini, şərtlərini və hallarını aydınlaşdırmaqda davam edirlər.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər