Bütün xəbərlər
Uşağını pəncərədən atmaqla hədələyib
Tarix: 03-02-2025 19:22 | Bölmə: Cəmiyyət

Moskvanın Bibirevo rayonunda moskvalı mənzildə özünü barrikada quraraq partnyorunun bir yaşlı uşağını pəncərədən atmaqla hədələyib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə barədə SHOT Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə Konenkova küçəsində yerləşən çoxmərtəbəli binalardan birində baş verib. İlkin məlumata görə, kişi narkotik sərxoşluğu vəziyyətindədir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.
Qeyd olunur ki, hadisə şahidləri kişini körpəni pəncərədən atmamağa razı salmağa çalışıblar. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qeyri-adekvat kişini saxlayıblar. Hazırda uşağın anasının yeri müəyyənləşdirilir.
İlkin məlumata görə, hadisə nəticəsində uşağa zərər dəyməyib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər