09:57 / 24-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
16:42 / 22-10-2026
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
16:38 / 22-10-2026
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
16:34 / 22-10-2026
Ukrayna Rusiyanın yeni "Filin" raketi ilə bağlı həyəcan təbili çaldı
16:25 / 22-10-2026
Meşədə bir kişini parçalayan ayı öldürülüb
16:19 / 22-10-2026
Peskov, Putinin ABŞ və Ukrayna ilə görüş üçün hələ iştirakçıları seçmədiyini açıqladı
16:14 / 22-10-2026
Peskov Putin-Vitkov razılaşmalarının müzakirəsinin təhlükələri barədə xəbərdarlıq etdi
16:03 / 22-10-2026
Peskov: "Avropa, ABŞ-dan fərqli olaraq, Ukraynadakı münaqişənin həlli üçün heç nə etmir"
15:59 / 22-10-2026
Münaqişə zamanı tanışını öldürüb
15:55 / 22-10-2026
Lukaşenko bildirib ki, insan həmişə müharibəyə hazır olmalıdır
15:52 / 22-10-2026
Rusiya Polşanı hərbi təxribat hazırlamaqda şübhəli bilir
15:47 / 22-10-2026
Fransada yaxın gələcəkdə həmkarlar ittifaqı nümayişlərindən başqa etirazlar qadağan ediləcək
15:40 / 22-10-2026
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
15:36 / 22-10-2026
Jurnalist terror aktlarına çağırış etməkdə təqsirli bilinib
15:25 / 22-10-2026
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
15:12 / 22-10-2026
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20:56 / 21-10-2026
Qayıqla gəzinti zamanı uşağın ölümünə görə cəza alıb
20:52 / 21-10-2026
Mağazanın mühafizəçisi müştərinin ölümcül döyülməsi ilə bağlı həbs edilib
20:49 / 21-10-2026
İsveç Rusiyalı xizəkçilərə viza verməkdən imtina etmək istəyir
20:35 / 21-10-2026
Kreml Ukraynadakı sülh prosesində iki yeni iştirakçı təyin edib
20:32 / 21-10-2026
Bir qız iki yanacaqdoldurma məntəqəsini yandırdı
20:26 / 21-10-2026
Məktəbli qıza hücum edən həbs edilib
20:22 / 21-10-2026
Peskov bildirib ki, Avropa Ukrayna danışıqlarına kömək etməyəcək
20:19 / 21-10-2026
Küçədən keçənlər ayı gördülər
20:11 / 21-10-2026
Dmitriyev və Vitkov Hubbard ilə görüşüblər
20:08 / 21-10-2026
Yeniyetmə yanğın və silah oğurluğuna görə mühakimə olunacaq
20:05 / 21-10-2026
Dayanacaqda avtobusları yandırmış ola biləcək yeniyetmə saxlanılıb
20:00 / 21-10-2026
"The American Conservative": "Trampın təzyiqi Zelenskinin sülhə nail olmasına kömək edəcək
“Tofiq Bəhramov”a idmançı axını: Deputatlar jurnalistlərə qalib gəldi
Tarix: 24-12-2017 11:05 | Bölmə: Cəmiyyət
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, görüş ölkə başçısı İlham Əliyevin ad gününə həsr olunub.
Milli Məclisin futbol komandasına qanunverici orqanın gənclər və idman komitəsinin sədri Fuad Muradov rəhbərlik edirdi. Ötən il Türkiyədə parlamentlərarası futbol oyununda ikinci yeri tutan komandanın ilkin heyəti belə idi: 1. Fuad Muradov, 2. Mahir Abbaszadə, 3. Siyavuş Novruzov, 4. Elşad Həsənov, 5. Şahin İsmayılov, 6. Tahir Mirkişili, 7. Azər Badamov, 8. Eldəniz Səlimov, 9. Zahid Oruc, 10. Ülvi Quliyev, 11. Adil Əliyev, 12. Kamran Nəbizadə.
Rəqib düşərgədə isə bu jurnalistlər yer almışdılar: 1. Rəşad Baxışəliyev, 2. İlkin Pirəli, 3. Anar Kəlbiyev, 4. Mirmahmud Kazımoğlu, 5. Elşad Paşasoy, 6. Aqil Camal, 7. Aqil Aslan, 8. Anar Bayramoğlu, 9. Əli İbrahimov, 10. Nardar Bayramlı, 11. Elçin Cəfərov, 12. Vasif Həsənli.
Referi Orxan Məmmədovun idarə etdiyi matçda meydandakı mübarizə qədər, onun kənarına da kifayət qədər böyük maraq var idi. Çünki idmanın müxtəlif sahələrinin tanınmış simaları – AFFA-nın baş katibi Elxan Məmmədov, futbol üzrə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Teokvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, həmçinin veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, eləcə də şou-biznes nümayəndələri Rafael İsgəndərov və Coşqun Rəhimov də kənardan oyuna tamaşa edirdilər.
Deputatlardan ibarət komandaya kənardan dəstək verən millət vəkili Adil Əliyev xüsusi fəallığı ilə seçilirdi. Əliyev sanki baş məşqçi kimi, hər epizoda reaksiya göstərir, bəzən isə hakimə etiraz edirdi. Hətta bir epizodda referidən penalti tələb edən siyasət adamı hakim-inspektor Asim Xudiyevə də iradını çatdırıb. Xudiyev isə öz növbəsində “bu məsələyə komitədə baxılacaq” deyərək, zarafatından qalmayıb.
İlk hissədə deputatların heyətinə cəlb olunan Səməd Qurbanov yaşının çoxluğuna baxmayaraq, jurnalistlərə necə futbol oynamaq lazım olduğunu göstərirdi. Onun driblinqləri matça xüsusi gözəllik qatırdı. Gərgin keçən birinci yarını deputatlar 2:1 hesabı ilə öndə bitirdilər.
Fasilədən sonra millət vəkilləri daha bir futbolçu “transferi” ilə komandanı gücləndirdilər. Millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu əlcəkləri taxaraq, yeni ampluada - çərçivədə özünü sınadı.
Meydandakı say azlığına baxmayaraq, qarşılaşmanın sonlarında bir neçə qol şansını əldən verən jurnalistlər 2:3 hesablı məğlubiyyətlə barışmalı oldular. Hər hissəsi 30 dəqiqədən ibarət olan oyunun qəhrəmanı isə dubla imza atan deputatların hücumçusu Fuad Muradov oldu. Milli Məclisin komandasının heyətində digər qola isə Adil Vəliyev imza atdı.
Apasport.az oyun iştirakçılarının və qonaqların fikirlərini sizə təqdim edir:
Fuad Muradov (millət vəkili): “Bu gün idman sahəsində olan inkişaf hər birimizi sevindirir. Təbii ki, bu uğurların başında cənab prezident İlham Əliyev dayanır. Bizim təşkil etdiyimiz bütün beynəlxalq tədbirlər dünyaya səs-küy salıb. Bu tədbiri keçirməkdə məqsədimiz cənab prezidentə təşəkkürümüzü bildirməkdi. Ölkə başçımızın bir fikri var ki, sağlam həyat tərzi ən önəmli məsələlərdən biridi. Bu baxımdan belə bir qərar qəbul etdik. Mən həmçinin Azərbaycan Gənclər və İdman Nazirliyinə, AFFA-ya, “Qarabağ” klubuna və şəxsən Qurban Qurbanova, Parlament Jurnalistlər Birliyinə, Milli Məclisin deputatlarına, tanınmış idmançılarımıza təşəkkürümü bildirirəm ki, səsimizə səs veriblər. Simvolik oyun oldu. Kimin qalib gəlməsi önəmli deyildi. Əsas odu ki, cənab prezidenti qarşıdan gələn ad günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə təbrik edək. İnanıram ki, məhz belə tədbir cənab prezidentə, Azərbaycan xalqına uyğundu. Gələn il üçün də böyük planlarımız var. Regionlararası idman yarışları keçirmək istəyirik. Bununla bağlı danışıqlar gedir”.
Adil Əliyev (millət vəkili): “Çox gözəl yoldaşlıq görüşü keçirildi. İnşallah, bu kimi tədbirlər mətbuatla deputatlar arasında ünsiyyətin daha sıx olmasına, Azərbaycanda idmanın təbliğinə xidmət edəcək. Belə oyunların sayı çox olmalıdı. Təkcə millət vəkilləri ilə jurnalistlər yox, başqa komitələr də bu ənənəyə qoşulmalıdılar. Azərbaycanda idmana dövlət səviyyəsində dəstək verilirsə, təbii ki, bütün məmurlarımız inkişafa öz töhfələrini verməlidilər. O ki qaldı ilin yekununa, 2017-ci il Azərbaycan idmanı üçün olduqca uğurlu, düşərli keçdi. İdmançılarımız həm Bakıda təşkil edilən yarışlarda, həm də dünya arenalarındakı böyük turnirlərdə gözəl nəticələr əldə etdilər. Bu da onu göstərir ki, uşaq idmanına göstərilən qayğı ildən-ilə öz bəhrəsini verir. Bu cür dəstək davam edərsə, idmançılarımız daha çox nailiyyətlər qazanacaqlar”.
Elxan Məmmədov (AFFA-nın baş katibi): “Belə bir yoldaşlıq oyunu keçirmək çox gözəl təşəbbüsdü. Milli Məclisin deputatları və jurnalistlər bu görüşü çoxdan planlaşdırırdılar. Hava soyuq olsa da, gözəl oyun izlədik. Ümid edirəm ki, bu cür tədbirlər gələcəkdə ənənəvi hal alar. Bu, sağlam həyat tərzidi. Ümumiyyətlə, idmanımız üçün fərqli il oldu. Azərbaycanda İslam Həmrəyliyi Oyunları kimi böyük tədbir təşkil edildi. Bütün idman növlərindəki komandalarımız yaxşı nəticələr göstərdilər. Bu da gənc nəslin idmana marağını daha da artırır. Sevindirici haldı ki, futbol üzrə yığmamız da qızıl medal qazandı. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardı. Bunu çoxdan gözləyirdik. Nəhayət ki, bu il Çempionlar Liqasının məşhur himnini Bakıda eşitmək qismət oldu. Bu, hər bir azarkeş üçün böyük sevinc idi”.
Firdovsi Umudov (sərbəst güləş üzrə yığmanın baş məşqçisi): “İlk növbədə həm öz adımdan, həm də yığma komandamızın adından cənab prezidenti ad günü münasibətilə təbrik edirəm. Bu yarışın təşkili bizi çox sevindirdi. Hər iki komandaya dəstək olmağa gəlmişdik. İdman sahəsində qazanılan nailiyyətlərin hamısı ölkə başçısının adı ilə bağlıdı. 2017-ci il idmançılarımız üçün uğurlu alındı. İslam Həmrəyliyi Oyunlarının, həmçinin ölkəmizdə təşkil edilən dünya və Avropa çempionatlarının yüksək səviyyədə təşkili, “Qarabağ”ın Çempionlar Liqasında, güləşçilərimizin qitəmiqyaslı yarışlarda qazandığı uğurlar buna əyani sübutdu. Əlbəttə ki, arxayınlaşmamalı, uğurlu çıxışlarımızı davam etdirməliyik”.
İsgəndər Cavadov (veteran futbolçu): “Belə bir oyunun təşkili xoş haldı. Təbii ki, bu, ölkə başçısı İlham Əliyevin ad günü ilə bağlıdı. Möhtərəm prezidentimizi təbrik edirəm, ona can sağlığı arzulayıram. Belə oyunlar daha çox olmalıdı. Mətbuat nümayəndələri, deputatlar futbolun necə çətin olduğunu, yəqin ki, başa düşərlər. Kənardan baxıb fikir bildirmək asandı. Hər iki komandaya azarkeşlik edirdim. Bu cür yoldaşlıq görüşlərinin sayını artırmaq lazımdı”.
Baxış sayı: 1 159
Bölməyə aid digər xəbərlər

22-10-2026, 16:25
Meşədə bir kişini parçalayan ayı öldürülüb
22-10-2026, 15:59
Münaqişə zamanı tanışını öldürüb
21-10-2026, 20:56
Qayıqla gəzinti zamanı uşağın ölümünə görə cəza alıb
21-10-2026, 20:32
Bir qız iki yanacaqdoldurma məntəqəsini yandırdı
21-10-2026, 20:26
Məktəbli qıza hücum edən həbs edilib
21-10-2026, 20:08
Yeniyetmə yanğın və silah oğurluğuna görə mühakimə olunacaq
21-10-2026, 19:48
Yeniyetmə məktəbli oğlanı qətlə yetirməkdə ittiham olunur
20-10-2026, 12:18
Tələbə cinayətkarların əmri ilə avtomobili yandırıb və saxlanılıb
20-10-2026, 11:54
Rele şkafını yandırmaqda ittiham olunan üç yeniyetmə saxlanılıb
19-10-2026, 19:21
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19-10-2026, 18:46
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
19-10-2026, 18:38
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
19-10-2026, 18:02
Tibb bacısının qətli işində təqsirləndirilən şəxs cinayəti etiraf edib
19-10-2026, 17:54
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
18-10-2026, 21:35
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
18-10-2026, 19:03
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
18-10-2026, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18-10-2026, 18:41
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb