Bütün xəbərlər
Uqrada bələdiyyə binasını yandırmaqda şübhəli bilinən şəxs fırıldaqçılara 400 mindən çox pul köçürüb
Tarix: 29-10-2024 14:01 | Bölmə: Cəmiyyət

Saxlanılan şəxsə qarşı bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq və qəsdən əmlaka zərər vurma maddələri ilə iki cinayət işi qaldırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xantı-Mansiysk Muxtar Dairəsinin Megion şəhərinin 38 yaşlı sakini inzibati binanın və rəsmi polis idarəsinin maşınlarının yandırılmasında şübhəli bilinərək saxlanılıb. Müstəntiqlər müəyyən ediblər ki, bundan əvvəl qadın naməlum şəxslərə 400 min rubldan çox pul köçürüb, RF İstintaq Komitəsinin region üzrə idarəsi xəbər verir.
“Qadının fırıldaqçıların göstərişi ilə hərəkət etdiyi daha əvvəl müəyyən edilib”, - deyə, polisdən bildirilib.
Hazırda bu cinayəti törədən şəxslərin kimliyi müəyyənləşdirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər