Bütün xəbərlər
Polis qadınını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib
Tarix: 28-10-2024 15:14 | Bölmə: Cəmiyyət

Nijni Novqorodda öz arvadını, polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən yerli sakin nəzarətə götürülüb, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsiməlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “məhkəmə müstəntiqin arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib”, - deyə, məlumatda bildirilir.
Faciə oktyabrın 25-də baş verib. İstintaqın məlumatına görə, kişi mübahisə zamanı arvadının sinəsindən bir neçə bıçaq zərbəsi vurub. Bundan sonra meyiti Oka çayının sahilinə çıxararaq orada basdırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları adam öldürmə maddəsi ilə cinayət işi açıblar.
Daxili İşlər Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsindən RİA Novosti-yə bildiriblər ki, mərhum daxili xidmətin mayoru olub, onun hakimiyyət orqanlarında iş təcrübəsi 20 ildən çox olub. Mərhum son bir ildə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin şöbə rəisinin müavini vəzifəsində çalışıb.
Əvvəllər qeyd edilib ki, dindirilmə zamanı şübhəli şəxs ər-arvadın boşanma prosesində olduğunu və əmlak bölgüsü məsələsində mübahisə etdiklərini bildirib.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər