Bütün xəbərlər
Qalmaqaldan sonra Samara liseyinin tualetlərindən videokameralar yığışdırılıb
Tarix: 25-10-2024 09:40 | Bölmə: Cəmiyyət

Samaradakı Texniki Liseyin tualetində quraşdırılan müşahidə kameraları çoxsaylı şikayətlərdən sonra sökülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, vəziyyətdən qəzəblənən valideynlər və tələbələr İctimai Palataya və Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinaya müraciət ünvanlayıblar.
"Hazırda kameralar sökülüb", - şəhərin təhsil şöbəsindən Samara Dövlət Televiziya və Radio Yayımları Şirkətinə bildiriblər.
Eyni zamanda, kameraların baxış radiusuna kabinələrin özlərinin daxil olmadığını, kameraların geri qaytarılması məsələsinin valideynlərlə razılaşdırılacağını bildirdilər.
Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina öz Telegram kanalında bir çox məktəblərdə tualetlərdə kameralarla bağlı oxşar halların baş verdiyini təsdiqləyib və belə bir videonun sonradan hara gedə biləcəyi ilə maraqlanıb.
Bundan əvvəl Perm rəsmiləri üç məktəbin tualetində quraşdırılan videokameralarla bağlı şikayətlərdən sonra yoxlamaya başlayıb. Oxşar qalmaqallar Ufa və Ulan-Ude məktəblərində də baş verib.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər