Bütün xəbərlər
Hündürmərtəbəli binada baş verən yanğın söndürülüb
Tarix: 26-09-2024 10:22 | Bölmə: Cəmiyyət

Saxalinin Dolinsk şəhərində tikilməkdə olan çoxmərtəbəli binada yanğın baş verib. Qara tüstü bir neçə kilometrə qədər görünürdü.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğından əvvəl partlayış olub.
İlkin məlumata görə, binanın içərisində qaz balonu partlayıb.
Regional Fövqəladə Hallar Nazirliyi Xabarovskaya-Pionerskaya küçəsində yeni tikilinin damında yanğın baş verməsi barədə məlumat verib. Yanğınsöndürənlər gələn zaman 40 kv.m sahədə tikinti materialı (izolyasiya) yanıb.
Bir saat ərzində yanğın söndürülüb. Yanğının söndürülməsində 8 nəfər və 3 texnika iştirak edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri müəyyənləşdirilir.


Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər