Bütün xəbərlər
Gürcü məmur Norveçdə oğurluğa görə tutuldu
Tarix: 14-02-2019 02:19 | Bölmə: Cəmiyyət



Norveçdə üç nəfər Gürcüstan vətəndaşı oğurluğa görə saxlanılıb.
Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.
Bildirilir ki, saxlanılanlar arasında Tbilisi meriyasının işçisi də var. Həmin şəxs Tbilisinin ən böyük rayonlarından birində – İsani rayonunda abadlıq işlərinə nəzarət edən strukturun rəhbəridir.
Digərləri isə vaxtilə Dövlət Audit Xidmətində çalışmış şəxs, hakim partiyanı parlamentdə təmsil edən deputatın yaxın qohumu və onun dostudur.


Baxış sayı: 552


Bölməyə aid digər xəbərlər