Bütün xəbərlər
İstanbulun mərkəzində atışma: yaralılar var
Tarix: 14-02-2019 01:48 | Bölmə: Cəmiyyət




İstanbulun mərkəzi hissələrindən olan Şişli rayonunda yerləşən yaşayış komplekslərinin birinin qarşısında atışma olub.
Axar.az xəbər verir ki, atışma zamanı kompleksin mühafizəçisi və bir sakin yaralanıb.
Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları qaçan cinayətkarı axtarır.


Baxış sayı: 570


Bölməyə aid digər xəbərlər