Bütün xəbərlər
Beş qadın mövcud olmayan uşaqlar üçün ödəniş aldı
Tarix: 10-09-2024 10:09 | Bölmə: Cəmiyyət

Amur vilayətinin 5 sakini mövcud olmayan uşaqlara görə sosial müavinət almaqda şübhəli bilinərək saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, təqsirləndirilən şəxslərə qarşı qabaqlayıcı tədbirlər seçilib.
Qadınlar Demoqrafiya milli layihəsində nəzərdə tutulmuş nağd ödənişləri qeyri-qanuni almaq üçün cinayət sxemi hazırlayıblar. Bunun üçün onlar uşağın doğulması ilə bağlı uydurma məlumatları özündə əks etdirən lazımi sənədləri toplayıblar. Sonra dövlət qurumlarına təqdim etdilər.
Ödənişlərin alınmasında dələduzluq və dələduzluğa cəhd faktları ilə bağlı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxslərin yaşayış yerlərində aparılan axtarışlar zamanı sənədlər, smartfonlar və sübut kimi dəyərli digər əşyalar götürüblər.
Məhkəmə 4 təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri, bir nəfəri isə ev dustaqlığına göndərib.
İndi müstəntiqlər qanunsuz fəaliyyətin bütün epizodlarını və şəriklərini müəyyən edirlər.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər