Bütün xəbərlər
İtkin düşən 12 yaşlı qız sağ-salamat tapılıb
Tarix: 03-09-2024 20:04 | Bölmə: Cəmiyyət

Leninqrad vilayətində əvvəllər itkin düşmüş hesab edilən 12 yaşlı qız sağ-salamat tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, axtarış tədbirləri zamanı uşağın Leninqrad vilayətinin Priozerski rayonunda yeri müəyyən edilib. Bu barədə vilayət İstintaq Komitəsinin mətbuat xidmətinin bəyanatında deyilir.
Əvvəllər uşağın itkin düşməsindən sonra Murino şəhərinin istintaq şöbəsi azyaşlının öldürülməsi maddəsi ilə cinayət işi açmışdı.
Uşaq 2024-cü il sentyabrın 1-də Leninqrad vilayətinin Vsevolojsk rayonunun Buqrı kəndində yoxa çıxıb. Qız itlə gəzməyə çıxıb və geri qayıtmayıb.
İtkin düşən yeniyetmənin işinə yerli müstəntiqlər, kriminoloqlar, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər