Bütün xəbərlər
Lotoreyada 10 milyon udan şəxs indi dilənçidir
Tarix: 13-02-2019 03:57 | Bölmə: Cəmiyyət

                   



2002-ci ildə lotereyada on milyon funt-sterlinq udmuş Böyük Britaniya sakini Maykl Kerroll 10 ildə bütün pulu xərcləyək dilənçi vəziyyətinə düşüb.
Azərtac xəbər verir ki, Maykl udduğu pulu alandan sonra böyük imarətdə daim hay-küylü məclislər qurub. “Mənim on milyonum on ilə əriyib yox oldu. Mənim artıq nə evim var, nə də maşınım. Lakin mən kədərlənmirəm. Yüngül qazanc yüngül də xərclənər”, - deyə o bildirib.
Hazırda Kerroll çörək pulunu ağır zəhmətlə qazanır: odun yarır və kömür kisələri daşıyır. Dediyinə görə, bundan əsl zövq alır: “Həyat puldan ibarət deyil. Qəribə səslənsə də, mən işə döndüyüm vaxt xoşbəxt olduğum qədər heç zaman xoşbəxt olmamışam”.


Baxış sayı: 572


Bölməyə aid digər xəbərlər