17:37 / 14-09-2026
Ər arvadını boğub
Bütün xəbərlər
Bortnikov: "Moskvanın şimalında avtomobili partladan Türkiyəyə qaçıb"
Tarix: 24-07-2024 17:52 | Bölmə: Cəmiyyət

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bildirib ki, Moskvanın şimalında avtomobilə yerləşdirilmiş partlayışı törədən şəxs Türkiyəyə qaçıb və hazırda orada qalır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü səhər saatlarında Moskvanın Sinyavinskaya küçəsində park edilmiş avtomobildə partlayış baş verib, nəticədə iki nəfər xəsarət alıb.
Bortnikov SHOT-a bildirib ki, Rusiya kəşfiyyat xidmətləri şübhəlinin saxlanılması və ekstradisiyası üçün Türkiyədən olan həmkarları ilə əlaqə saxlayır.



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər
14-09-2026, 17:37 Ər arvadını boğub