Bütün xəbərlər
Qadın elektrik qatarı ilə platforma arasında sıxışaraq ölüb
Tarix: 04-07-2024 12:01 | Bölmə: Cəmiyyət

Ölümlə nəticələnən insident cümə axşamı səhər Moskva yaxınlığındakı Malaxovkada, Moskva Dəmiryolunun Ryazan istiqamətinin Kraskovo stansiyasında baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sərnişin platforma ilə elektrik qatarı arasında sıxışıb, maşinist qəza əyləcini basıb və səs siqnalı verib, lakin faciənin qarşısını almaq mümkün olmayıb.
Son məlumatlara görə, qadını xilas etmək mümkün olmayıb.
Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, təhqiqata başlanılıb - istintaqdan əvvəlki yoxlama çərçivəsində fövqəladə vəziyyətin səbəbləri müəyyənləşdirilir.


Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub