Bütün xəbərlər
Baş dolu cib boş...NİCAT MƏMMƏDOV YAZIR
Tarix: 21-12-2017 23:41 | Bölmə: Cəmiyyət

Bu deyimi ilk dəfə məhşur "Qaynana" filmindən eşitmişəm. Hələ uşaq ikən bunu ancaq hərfi mənasında başa düşür və mahiyyətinin dərinliyinə varmırdım. Lakin böyüdüm, ali təhsil aldım, aspirantura bitirdim və guya ki, alim, dosent oldum... Ancaq bu gün bu sözün əsil mahiyyətini başa düşdüm... 
Tanışım məni Tibb Universitetində keçirilən fəlsəfə doktoru dissertasiyasının müzakirəsinə dəvət eləmişdi. Orada sənətinin biliciləri olan görkəmli alimlər iştirak edirdi. Mövzu isə insan beyninin düzgün düşünməsi üçün sağlam qidalanması isə bağlı idi. Belə baxanda tibb elmindən bir şey anlamasam da öz aləmimdə vacib nəticələrə gəldim...
Deməli, sağlam düşüncə və düzgün qərar vermək üçün insan beyni lazımınca qidalanmalıdır. Bunun üçün isə sözü gedən alimlərin nəticələrinə görə insan səhərlər qara kürü, günorta zülallla zəngin ət yeməkləri, axşamlar isə əsasən soyuducu üzü görməyən meyvələrlə qidalanmalıdır. Əks təqdirdə onun beyni heç bir düzgün qərar verə bilməz və düşüncəsi natamam olar...
Ən əsası isə odur ki, artıq 24 ildir elm sahəsində çalışan bir əməkdaş və aldığı maaşı ancaq kommunal xərclərə güclə çatan bir vətəndaş kimi müəssisəmizdə baş verən intriqa və qalmaqalların əsil elmi mahiyyətinin məhz haradan qaynaqlandığını başa düşdüm... Yəni cibi boş olanın, pis qidalananın ağıllı olması məhz tibb elminin anatomiya bölməsinin nəticələrinə görə mümkün deyil... (Bunu mən demirəm) 
Sağ olsun həkimlər...



Baxış sayı: 905


Bölməyə aid digər xəbərlər