Bütün xəbərlər
Moskva məhkəməsi Lenin məqbərəsini yandırmağa cəhd edən şəxsi 4 il müddətinə azadlıqdan məhrum edib
Tarix: 23-06-2024 18:02 | Bölmə: Cəmiyyət

Çita şəhərinin sakini Konstantin Starçukov Qızıl Meydandakı məqbərəni yandırmağa cəhd etdiyinə görə 4 il müddətinə ümumi rejimli koloniyaya məhkum edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hökmü Moskvanın Tverskoy Məhkəməsi çıxarıb.
TASS agentliyi yazır ki, hökmdə Starçukovun “silahdan istifadə etməklə xuliqanlıq” maddəsi ilə təqsirli bilindiyi bildirilir.
Xatırladaq ki, Starçukov 2023-cü ilin iyulunda Mavzoleyi yandırmağa cəhd edib. Bir nəfər alışan maye qarışığı olan şüşəni Qızıl Meydana gətirib, yandırıb və abidəyə tərəf atıb. Hücum edən şəxs dərhal saxlanılıb. Onun yanında bıçaq və bibər qazı da olub.
Yanğın törədən şəxs Mavzoleyə hücumun masonluqla mübarizə cəhdi olduğunu bildirib. Lakin ekspertiza Starçukovun uzun müddət narkotikdən istifadə etməsinə baxmayaraq, sağlam olduğunu göstərib.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub